Xidmətlərimiz
- Kassa, printer və ödəniş terminallarının çekləri üzərində reklam modulların yerləşdirilməsi
- Sifarişçinin istəyinə uyğun reklam modulların dizayn və ölçülərin təyin olunması və hazırlanması
- Sifarişçinin marketinq strategiyasına uyğun ərazilərinin seçilməsi
- Çeklərin kupon kimi istifadə olunması
İş prosesi:
- Müştərimizin optimal hədəf auditoriyasını müəyyənləşdiririk;
- Reklamınızı özümüzə məxsus istehsal platformasında çek lentinə yazdırırıq;
- Təyinat yerinə çatdırırıq;
- Pərakəndə satış məntəqəsinə yerləşdiririk;
- İşçilərlə təlim keçiririk;
- Müştərimizə foto hesabat göndəririk.
Üstünlüklər
- Reklam mesajınız birbaşa potensial müştərinizin / reklam istehlakçınızın əlinə düşür. Buna görə əminliklə söyləyirik ki, çeklərdəki reklam əla hədəfləmə imkanlarına malikdir.
- Kassa çekləri üzərində reklam geo - marketinqdə geniş tətbiq olunur. Şirkətiniz asanlıqla paylama coğrafiyasını seçə bilər.
- Hədəf auditoriyasının dəqiq seçimi. Özünüz və ya köməyimizlə reklamın yayılacağı nöqtələri, hədəf əlaqələrin ən böyük ehtimalının olduğu yerləri müəyyənləşdirin.
- Yüksək səmərəlilik - flayerlərdən, vərəqələrdən və vizit kartlardan fərqli olaraq çeklərdə reklamın sizə lazım olan izləyiciyə çatdırılmasına zəmanət verilir. Rəngarəng reklam diqqəti cəlb edir.
- Fayda və pulunuzun qənaəti - çeklərdə reklam digər kağız reklam növlərindən qat qat ucuzdur.
Uzun müddətli kontakt – bir çox insanın alış-veriş çekini uzun müddət üzərində saxlamaq kimi vərdişi var. Şirkətinizin, məhsulunuzun və ya kampaniyanızın reklamı potensial müştərinizdə saxlanılacaq.
Sizin reklamınızı minlərcə potensial müştəri görəcək – Ticarət nöqtələrimiz bütün Azərbaycanı əhatə edir və bu siyahı getdikcə genişlənir. Çek üzərində rəngli reklam müştərinizin diqqətindən yayınmayacaq.
Əksər hallarda çek pul qalığı ilə birlikdə verilir. O üzdən, rəngarəng reklam mesajınız alıcının diqqətini cəlb edəcək. Çek üzərində reklam elə bir resursdur ki, ticarət nöqtəsi hüdudlarından kənara çıxmaq qabilyətinə malikdir.
Konversiyanın hesablanması – reklamınızın effektliyini asanlıqla hesablaya bilərsiniz, bunun üçün modulun üzərində xüsusi nömrə, promo kod və ya reklam aksiyanı yerləşdirə bilərsiz.
Niyə məhz Rekchek.az
- Yüksək keyfiyyətli çap və kağız lenti. Sifarişiniz keyfiyyətli materiallardan istifadə olunaraq müasir yüksək texnoloji avadanlıqlarda çap ediləcək.
- Eksklüzivlik. Reklam təklifinizin yerləşdirilmə zamanı birbaşa rəqiblərinızın təklifləri ilə üst-üstə düşməməsinə zəmanət veririk.
- Çek üzərində reklam - şirkətimizin dar ixtisasıdır. Bunu necə edəcəyimizi bilirik və başqalarından daha yaxşı edirik.
Niyə məhz Rekchek.az